“Kitabxanaların açılması zəruri deyil”

Kitabxanalar ümumi təhsilin bir hissəsidir. Əgər təhsil müəssisələrinin fəaliyyəti qadağan olunubsa, kitabxanaların açılması zəruri deyil.

AKTUAL TV  xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

“Kitabxanaların açılması dərs ilinin başlaması zamanı gözlənilir. Eyni zamanda idman zallarının açılması məsələsi müzakirə mövzusudur”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, qadağaların aradan götürülməsi tətbiq edilən epidemioloji statistik göstəricilərdən asılıdır: “Tətbiq olunan qadağaların aradan qaldırılması ilə bağlı arzumuz varsa, mövcud qaydalara əməl etməyimiz vacibdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]