“Qaçqınkom” Prezidentin tapşırıqlarının ədalətli icracına ÇALIŞIR

“Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür”.

Bu barədə AKTUAL TV-yə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, Komitə Prezidentin verdiyi bütün tapşırıqların ədalətli icrasına nail olmağa çalışır.

“Aparılan işlər barədə ölkə rəhbərliyinə hesabat verilir, məruzə olunur”, – deyə məlumatda bildirilib.

Komitənin məlumatına əsasən, məcburi köçkünlərə verilən mənzillərin bölgüsündə ədalət və şəffaflıq prinsiplərinə əməl edilir:

“Bu sahədə iş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi üzrə mövcud qaydaları əsasında aparılır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]