Sabah hava necə olacaq?

Mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən AKTUAL TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi,  lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 12-17, gündüz  26-31, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]