Zaqatalada tələbənin qətli ilə bağlı cinayət işi başlanıldı

Mayın 14-də saat 19 radələrində 2002-ci il təvəllüdlü Zaqatala rayonu Mosul kənd sakini İlyas İlyasov qətlə yetirilib.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Zaqatala rayon Prokurorluğundan AKTUAL TV-yə verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Əliməmməd Əliməmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ə.Əliməmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və səmimi peşman olmasını bildirib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında qeydə alınıb.

Belə ki, Mosul kənd sakini, 16 yaşlı Əli Əliməmmədov həmyerlisi, 18 yaşlı İlyas İlyasovu arasında şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.

Ə.Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. İ.İlyasov isə universitet tələbəsidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]