Azərbaycanda vəzifəli şəxs 1000 manat cərimə edildi

Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat yerində araşdırılıb.

 AKTUAL TV nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı Tərtər şəhəri, Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.
Ağacların dibi Nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.

Ağaclara gələcəkdə aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]