AKTUAL TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, nazir ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri vurğulayaraq, xidmətlərin fəaliyyətinin həyata keçirilən sosial-iqtisadi strategiyanın hədəflərinə xidmət etməli olduğunu qeyd edib və bildirib ki, yeni təyin edilmiş kadrlar dövlət başçısının etimadını doğultmalıdırlar.
Xatırladaq ki, ölkə prezidentinin sərəncamları ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini təyin edilib. Onlar müvafiq dövlət xidmətlərinin rəisi vəzifələrini də icra edəcəklər.
Xatırladaq ki, 3 gün əvvəl Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini, Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəisi, Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini, Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini, Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi, Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini, Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini, Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini, Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.