Yaşar Əliyev Məhərrəm Əliyevin müavini təyin olunub

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

AKTUAL TV xəbər verir ki, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. Məhərrəm Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini tutan zamanlarda isə, Yaşar Əliyev onun 1-ci müavini idi.

Qeyd edək ki, bu təyinat barədə ilk olaraq unikal.org saytı məlumat yayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]