Ağacan Abıyev: “Bəzən deyirlər ki, dağa dırmaş…”

“Karantin dövrü belə məni passivləşdirə bilməz. Düzdür, evdən çıxmayın deyirlərsə, evdə qalmalıyıq. Mənim bir idman palazım var. Hər səhər evdə qaçış hərəkətləri edirəm”.

AKTUAL TV -nin xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Ağacan Abıyev deyib.

“Biz gecəni yatırıq, yuxular görürük. Elə adamlar var ki, “gecə yatdım, dincəldim, rahatlandım” deyir. Ancaq dincəlməyən bir orqan var. O da ürəkdir. Biz gecədən səhərə qədər dincəlirik, ancaq ürək dincəlmir. Deməli, ürəyimiz işləyir. Kim ki deyirsə “dincəldim, rahatladım”, o adama söyləyirəm: “Qardaş, borcunu qaytar da”. Sənin dincəlməyinə kömək edən nədir?! Əlbəttə, ürəyin. İdman et, ürəyini rahat və sağlam saxla. Bəzən deyirlər ki, dağa dırmaş. Yalan söhbətdir. Düz yolda qaç və idman elə. Karantin oldu-olmadı, idman etmək lazımdır. Yaşından asılı olmayaraq hər kəs gün ərzində evdə olsa belə, idman hərəkətləri etməlidir” – A.Abıyev deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]