Koronavirusa yoluxanların sayı 4,7 milyonu ötdü

Dünyada koronavirus qurbanlarının sayı 313 266 nəfərə çatıb.

Bildirilir ki, müxtəlif ölkələrdə koronavirusa yoluxanların ümumi sayı 4 722 233 nəfər təşkil edir. Pandemiya ərzində COVID-19-a yoluxmuş 1 813 014 insan sağalıb.

Dünyada koronavirus xəstələrinin və virusdan ölüm hallarının sayına görə ABŞ liderdir. Bu ölkədə virusa 1 507 773 yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 90 113 insan ölüb.

ABŞ-la yanaşı, İspaniyada (276 505), Rusiyada (272 mindən çox), Böyük Britaniyada (240 161), Braziliyada (233 511), İtaliyada (224 760), Fransada (179 365), Almaniyada (176 224), Türkiyədə (148 67), İranda (118 392), Hindistanda (90 927), Çində (82 947), Kanadada (75 864), Belçikada (54 989), Səudiyyə Ərəbistanında (52 16), Meksikada (47 144), Niderlandda (43 870), Çilidə (41 428), Pakistanda (40 151) və digər ölkələrdə də koronavirusa xeyli sayda yoluxma qeydə alınıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]