Sabahın hava proqnozu

Mayın 18-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AKTUAL TV-yə verilən məlumata görə,  mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  gecə 9-12° isti,gündüz  18-20° isti olacaq.

Bakıda  gecə 9-11° isti, gündüz  18-20° isti olacaq. Atmosfer  təzyiqi 768 mm civə sütunundan 759  mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 %, gündüz 40-45% olacaq.   

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15°  isti olacaq. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]