Sürücülərə xəbərdarlıq edildi: “Sərt manevrlər etməyin”

"İstifadə olunan dezinfektantlar su ilə qarışanda sabun kimi köpüklənən, sürüşkən bir maye kütləsi alınır.

Yağış yağsa, gecədən əsən küləyin süpürüb gətirdiyi toz da ona qarışacaq və yollar daha da sürüşkən olacaq”.

AKTUAL TV xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, proqnozlara və faktiki hava şəraitinə əsasən, Abşeron yarımadasında yağış yağması gözlənilir:

“Bilirsiniz ki, son 2 gündə paytaxtın əsas küçə və prospektlərində dezinfeksiya işləri görülüb. Ona görə də yağış yağsa, çox diqqətli olun, sərt manevrlər etməyin və sürəti ciddi şəkildə endirin. Yağış gur yağıb həmin dezinfektant-toz qarışığını yollardan yuyana qədər diqqətli olun. Məlumat üçün bildirim ki, təxminən 10-12 gün əvvəl dezinfeksiyadan sonra yağan yağışda eyni effektin yaranmasını nəzərə almayan xeyli sürücü qəzalara düşmüşdü. Ümumiyyətlə, hər zaman diqqətli olun”.

Bildirək ki, qlobal pandemiya ilə mübarizə çərçivəsində mütəmadi olaraq paytaxt küçələrində dezinfeksiya işləri aparılır

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]