Bakı metrosu gücləndirilmiş iş rejiminə keçdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 18-dən etibarən ölkədə vətəndaşların SMS-lə icazə alması prosesi ləğv olunduğundan metro stansiyalarında sərnişinlərin sayı artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 18-dən etibarən ölkədə vətəndaşların SMS-lə icazə alması prosesi ləğv olunduğundan metro stansiyalarında sərnişinlərin sayı artıb.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, karantin qaydalarında yumşaldılma davam etdiyindən metropoliten gücləndirilmiş rejimdə fəaliyyət göstərir: “SMS icazə bu gündən ləğv olunduğundan sərnişin sayında artım müşahidə edilir. Buna baxmayaraq, Bakı metropoliteni Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişləri və tətbiq olunan qaydalara uyğun olaraq fəaliyyətini davam etdirir. Tibbi maskası olmayan sərnişin metro stansiyalarına buraxılmır, sosial məsafənin saxlanmsı ilə bağlı sərnişinlərlə mütəmadi iş aparılır, tövsiyyələr olunur”.

B.Məmmədov deyib ki, metropoliten fəaliyyətini bərpa edəndən sonra qatarlar sıx intervalla hərəkətini davam etdirir: “Pik saatlarda “Həzi Aslanov”- “28 May” stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib. Hazırda da metropoliten gücləndirilmiş iş rejimində çalışır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]