Bakıda polis postları yığışdırıldı – RƏSMİ AÇIQLAMA

Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.

Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.

Aktual Tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-i saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı verdiyi qərara əsasən, bu postların tətbiqinə ehtiyac qalmayıb: “Operativ Qərargahın qərarı ilə mayın 18-dən etibarən vətəndaşların SMS icazə ilə evdən çıxması ləğv edilib. Ona görə də artıq avtomobillərdəki sürücü və sərnişinlər, o cümlədən sakinlər evlərindən icazəsiz çıxa biləcəklər. Bu məqsədlə də avtomobil yollarında quraşdırılan karantin postları ləğv edilib”.

DİN rəsmisi bildirib ki, karantin rejimi qaydalarına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazilərində əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam edir: “Avtobus dayanacaqları, park və istirahət mərkəzlərində, fəaliyyətinə icazə verilən xidmət və ticarət obyektlərində bəzi qadağalar qalmaqdadır. Buna görə də daxili işlər orqanları əməkdaşları həmin ərazilərdə xidməti davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcəklər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]