Bulvar açıldı – BU ŞƏRTLƏRLƏ

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən Aktual Tv-yə verilən məlumata görə, artıq Dənizkənarı Milli Parka giriş sərbəstdir. Ancaq təbii ki, Operativ Qərargahın tələblərinə əməl etmək şərtilə. İnsanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalıdır. Ərazidə 10 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkündür. Ərazidəki kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək – səhər saat 08:00-dan axşam 18:00-dək. İaşə müəssisələri müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun fəaliyyət göstərəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq.

Parkinqlər – maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları isə fəaliyyət göstərməyəcək. Onların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb.

Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq və yenə də mütəmadi dezinfeksiya işləri aparılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]