Elmira Axundova etimadnaməsinin surətini Ukrayna XİN başçısının müavininə təqdim edib

Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Elmira Axundova ilə görüşüb.

Azərbaycanın Ukraynadakı səfirliyindən  Aktual Tv -yə verilən məlumata görə, V. Bodnar səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin gələcək səmərəli inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə Ukrayna arasında enerji və iqtisadi, siyasi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

E. Axundova bildirib ki, Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir.

Bu gün Azərbaycanın tarixi ərazisi olan Laçın rayonunun Ermənistan tərəfindən işğalından 28 il ötdüyünü xatırladan səfir Ukraynaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib.

Elmira Axundova diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Sonra səfir etimadnaməsinin surətini nazir müavini Vasili Bodnara təqdim edib.

Vasili Bodnar səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]