Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıtın bir sıra yaşayış massıvlərində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Aktual Tv xəbər verir ki, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq mayın 19-da saat 10:00-dan 17:00-dək Ceyranbatan qəsəbəsi, “Metallurq” bağları, “Yaşıldərə” yaşayış massivi, şəhərin 42, 47, 48, 49, 50, 51, 52 və 53-cü məhəllələrində, 10, 11, 12, 13, 16, 18, 20 və 21-ci mikrorayonlarında, eləcə də, Corat qəsəbəsi, Corat, Saray, Novxanı bağları yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]