Yaşı 65 yaşdan yuxarı insanların evdən çıxmasına qoyulmuş qadağa ləğv olunub

Bütün ölkə üzrə yaşı 65-dən yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa 18 may 2020-ci il saat 00:00-dan ləğv edilib.

Bütün ölkə üzrə yaşı 65-dən yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa 18 may 2020-ci il saat 00:00-dan ləğv edilib.

Aktual Tv-nin məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına dair qərar qəbul edib.

Qərara əsasən, ölkə üzrə yaşı 65-dən yuxarı insanların evdən çıxmasına icazə verilir.

Bununla belə, qərarda COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduqlarından 65 yaşdan yuxarı şəxslərə evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamağın, sosial məsafənin gözlənilməsinin, qoruyucu vasitələrdən istifadənin zəruriliyi qeyd olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]