Yerevan məhkəməsinin sədri və katibi saxtakarlıqda ittiham olunur

Yerevan Məhkəməsinin sədri David Qriqoryan vəzifə saxtakarlığında ittiham edilir.

Yerevan Məhkəməsinin sədri David Qriqoryan vəzifə saxtakarlığında ittiham edilir.

Aktual Tv “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanının İstintaq Komitəsi məlumat yayıb.

Həmin məhkəmənin katibi Qor Vardanyana qarşı ittiham irəli sürülüb.

Adı açıqlanmayan vətəndaş 2018-ci ilin sentyabrın 7-də məhkəməyə şikayət edib. Müstəntiq, prokuror, məhkəmənin sədri D.Qriqoryan və katibi Q.Vardanyan həmin ilin sentyabrın 14-də saxta iclas protokolu tərtib ediblər. Həmin sənəddə göstərilib ki, guya şikayətçi məhkəmə iclasına gəlmədiyindən onu təxirə salıblar. Bunun ardınca saxta bildiriş və başqa materiallar hazırlayıblar.

İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı cinayət işi üzrə istintaq yekunlaşıb və məhkəməyə verilməsi üçün iş prokurorluğa təqdim olunub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]