İki rayonda silah-sursat aşkarladı

Ötən gün Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Bala Cəfərli kəndi ərazisində 1 ədəd əl qumbarasının və Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd 60 mm-lik minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Aktual Tv -yə verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin rayonlara göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş rayonların ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayonu, Bala Cəfərli kəndi ərazisindən 1 ədəd F-1 əl qumbarasına oxşar əşya, Ağstafa rayonu, Ağgöl kəndi ərazisindən isə 4 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40M13 İN) və 8 ədəd təlim məqsədli 30 mm-lik silah qumbarası (VUS-17) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əşyanın və təlim məqsədli mərmilərin ətrafında 450 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]