Miqrasiya Məcəlləsi dəyişdi – Viza almaq asanlaşdı

Milli Məclis Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə edib.

Aktual Tv xəbər verir ki, qanun haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Vitse-spiker Əli Hüseynli deyib ki, dəyişikliklər asan viza alınması ilə bağlıdır. Onun sözlərinə görə, indi Azərbaycana gələn turistlər 3 saat ərzində elektron qayda da viza ala bilirlər. Hava limanında da yerindəcə viza proseduru həyata keçirilir.

Əli Hüseynli əlavə edib ki, təkliflərdən biri Azərbaycan-Gürcüstan sərhəddində viza şöbəsinin yaradılmasına dair olub: “Mən bu təklifi qanunu təqdim edən subyektin nəzərinə çatdırmışam. Amma vurğulayım ki, Azərbaycan prezidentinin müvafiq fərmanı ilə indi 3 saat ərzində elektron viza almaq mümkündür. Yerində viza almaq üçün müraciətlərin sayı çox azdır. Analizlər göstərib ki, son illər ölkəmizə gələn turistlər elektron viza almağa üstünlük verirlər”.

Komitə sədri qeyd edib ki, digər təklif viza rüsumunun hər ölkə üçün qeyd edilməsi və bunun milli valyuta şəkilində həyata keçirilməsi haqda olub: “Birdəfəlik vizalar üçün vahid taarif var. Bu 20 avrodur. Çoxtərəfli vizaların qiyməti isə fərqlidir. Bunun bir səbəbi odur ki, ölkələr bunu qarşılıqlı formada razılaşdırırlar. İkinci səbəb də bizim vətəndaşlarımıza münasibət necədirsə, bizim də oradan gələn turistlərə münasibət buna uyğun olur. Hesab edirəm ki, bu normal yanaşmadır”.

Layihəsi səsə qoyularaq qəbul edilib. Bununla yanaşı “Turizm Haqqında” qanun da qəbul olunub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]