Sosial yardımın təyin olunması ilə bağlı – YENİLİK

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Aktual Tv xəbər verir ki, qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində “qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]