Spiker: Deputatlar fəal, seçicilərlə təmasda olmalıdır

Mayın 15-də Milli Məclis aparatının rəhbəri və digər məsul şəxslərlə birlikdə Bakı, Sumqayıt və Abşerondan seçilən deputatların köməkçiləri ilə görüşdüm.

Aktual Tv xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı spiker Sahibə Qafarova bildirib.

O, əlavə edib ki, bütün deputat köməkçiləri ilə görüşmək planı var: “Ancaq koronavirus səbəbindən bu alınmayıb. Amma biz çalışacağıq ki, digər deputat köməkçiləri ilə videokonfrans vasitəsilə görüş keçirək”.

Milli Məclis sədri qeyd edib ki, görüşdüyü deputat köməkçiləri ilə onların iş və fəaliyyətləri haqqında danışılıb: “Azərbaycan Prezidentinin Milli Məclisin ilk açılışı günü etdiyi çıxış parlamentin fəaliyyəti, yol xəritəsidir. Həmin çıxış zamanı deputatlar qarşısında yeni vəzifələr qoyuldu. Deputatlar seçildiyi rayonlarda fəal, seçici ilə təmasda olmalı, müvafiq problemləri müəyyən edərək aidiyyəti qurumların diqqətinə çatdırmalıdır. Bu mənada, deputat köməkçilərinin üzərinə də böyük işlər düşür. Hesab edirəm ki, deputat köməkçiləri ilə görüş effektivdir və bunu davam etdirmək lazımdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]