Açıq havada toy etmək olar? – RƏSMİ AÇIQLAMA

"Toylarda daha çox insan olur. Buna görə də, hələlik, bu, gündəmimizdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər".

Aktual Tv xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:

“Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil.”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]