Ordu gecə saatlarında HƏRƏKƏTƏ KEÇDİ: Ramazan bayramına görə…

Liviyanın şərqindəki qiyamçı general Xəlifə Haftarın əmrindəki Liviya Milli Ordusu mövqelərindən geri çəkilməyə başlayıb.

 Aktual Tv xəbər verir ki, bu barədə ordunun mətbuat katibi Əhməd əl-Mismari sosial media hesabından rəsmi açıqlama yayıb.

Onun sözlərinə görə, ordu paytaxt Tripolinin cənubundakı bütün cəbhələrdən yerli vaxtla gecə saatlarından etibarən 2-3 km geri çəkilib.

Onun sözlərinə görə, Haftar ordusu paytaxt əhalisinin Ramazan bayramının son günlərində adətlərə uyğun bayram keçirməsi üçün mövqelərini tərk edib.

Mismarinin bu açıqlaması ilə parallel müddətdə Liviya yerli mətbuatı Haftar ordusunun paytaxtdakı Mitiqa hava limanı yaxınlığındakı məhəlləyə qrad raketləri ilə hücum etdiyini yazıb.

Qeyd edək ki, Xəlifə Haftar orduya 2019-cu ilin aprelində paytaxtı ələ keçirmək əmri verib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]