Prokurorluqdan Arif Abdullayevin həbsi ilə bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Dövlət Sərhəd Xidmətinin polkovniki Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb".

Aktual Tv xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyib.

“Məlumat üçün bildirirəm ki, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.

Həmin cinayət işi üzrə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”, – E.Sultanov bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]