Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? – RƏSMİ CAVAB

"Ramazan bayramı ilə əlaqədar rayonlara gediş-gəlişin bərpasına hələki icazə yoxdur. Amma yaxın günlərdə yeni bir vəziyyət yarana bilər, yeni qərar verilə bilər".

Aktual Tv e-huquq.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gediş-gəlişlə bağlı qadağa qüvvədədir: “Amma növbəti günlərdə necə olacağını gözləmək lazımdır. Bu halda biz qərarı elan edəcəyik. Digər rayonlar arasında isə bilirsiniz ki, əhalinin gediş-gəlişi mümkündür”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]