Təqaüdlər BELƏ VERİLƏCƏK: tələbələrə MÜHÜM XƏBƏR

Təqaüd alanların siyahısı imtahan sessiyasından sonra müvəffəqiyyətli nəticə əldə edən tələbələrin əsasında yaradılırdı. Bu qərardan sonra təqaüd siyahısı imtahan sessiyasından dərhal sonra yox, yeni tədris ili başlayana qədər tərtib olunacaq.

Aktual Tv xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin ötən gün verdiyi “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Qərarının Təhsil Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri tərəfindən təşkil edilən videokonfransında danışıb.

O bildirib ki, vaxtın bu qədər uzadılmasının səbəbi var: “Əgər hər hansı tələbə imtahan sessiyasında iştirak etməyibsə və təqaüdə iddialıdırsa, o, müraciəti əsasında icmal dərslərində iştirak edə bilər. Həmçinin, təkrar imtahanlara girən tələbələrin də göstəriciləri gözləniləcək və bütün imtahanlar yekunlaşandan sonra təqaüd siyahısı hazırlanacaq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]