Atmosferdə çirkləndirici maddələr 30-35 faiz artıb – Umayra Tağıyeva

"May ayının monitorinqləri göstərir ki, karantin rejiminin yumşaldılması tədbirlərindən sonra atmosferdə çirkləndirici maddələrdə 30-35 faiz artım var".

 AKTUAL TV xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki aylarda atmosfer havasında müsbət dəyişiklik müşahidə olunub: “Xüsusilə nəqliyyatın sıx olduğu Neftçilər, Nobel, Q.Qarayev prospektləri, Ukrayna dairəsində ölçü işləri aparılıb və məlum olub ki, bu ilin mart ayı ilə müqayisədə çirklənmə 45-50 faizə qədər azalıb”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]