Azərbaycanda daha 118 nəfər virusa yoluxdu, 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 118 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AKTUAL TV -yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]