DOST Agentliyinin saytı təqdim olundu

DOST Agentliyinin rəsmi “dost.gov.az” İnternet saytı ictimaiyyətə təqdim edilib.

AKTUAL TV xəbər verir ki, təqdimat mərasimi DOST Agentliyinin rəsmi facebook hesabı ilə canlı yayımlanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əvvəlcə agentliyin indiyədək gördüyü işlərdən, eləcə də gələcək planlardan danışıb, sayt barəsində məlumat verib.

Qeyd edək ki, saytdakı 11 əsas bölmə daxilində qanunvericilik, struktur, xidmət pasportları, xidmətlər barəsində PDF formatında informativ kitabçalar, statistika, xəbərlər, qalereya, 1000-dən çox ən populyar sualların cavabı, axtarış bölməsi, faydalı linklər, sosial şəbəkələrə keçidlər və digər alt bölmələr işlənib hazırlanıb.

Saytın yaradılması DOST Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərməsinə, onların doğru informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]