Gədəbəydə avtoqəza: Ölən və xəsarət alan var – YENİLƏNİB

Gədəbəydə baş vermiş avtoqəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

Aktual Tv -nin yerli bürosunun məlumatına görə, hadisə zamanı 20 yaşlı Elxan Məmmədov və onun həmyaşıdı Rəşid Aslanzadə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Onlardan E.Məmmədov bütün tibbi yardımlara baxmayaraq, xəstəxanada keçinib.

***

Saat 20:28

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Aktual Tv -nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı minik maşını ilə “NAZ Lifan” markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]