AKTUAL TV xəbər verir ki, Unikal.org-a açıqlama verən nazir hər şeyin qaydasında olduğunu bildirib: “Yayılan görüntülərdə hər şeyi gördünüz. Nə isə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim! Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.
***
21.05.2020 09:12
Xəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.
AKTUAL TV xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun avtomobilinin qəza anının görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik.
***
20.05.2020 19:43
AKTUAL TV pravda.az-a istinadən xəbər verir ki, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub.
Avtoqaəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.