Kəmaləddin Heydərov düşdüyü qəzadan DANIŞDI -VİDEO

Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov baş verən qəzadan danışıb.


AKTUAL TV xəbər verir ki, Unikal.org-a açıqlama verən nazir hər şeyin qaydasında olduğunu bildirib: “Yayılan görüntülərdə hər şeyi gördünüz. Nə isə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim! Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.

***

21.05.2020 09:12

Xəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.

AKTUAL TV xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun avtomobilinin qəza anının görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik.

***

20.05.2020 19:43

AKTUAL TV pravda.az-a istinadən xəbər verir ki, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub.

Avtoqaəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]