Vilayət Eyvazov generalın oğluna yeni VƏZİFƏ VERDİ

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov general Yaşar Əliyevin oğluna yüksək vəzifə verib.

AKTUAL TV xəbər verir ki, nazirin əmri ilə polis kapitanı Tural Əliyev nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin inspektoru vəzifəsindən azad edilərək Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili təyin olunub.

T.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi olmuş polis general-mayoru Yaşar Əliyevin oğludur.

Y.Əliyev bir neçə gün öncə nazirin əmri ilə vəzifəsindən azad olunub. Məlumata görə, Yaşar Əliyevə Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.

Onun oğlunun təyinatı isə Y.Əliyev DİN-dəki vəzifəsindən azad olunmadan öncə baş tutub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]