Xəzərin suyu əhəmiyyətli dərəcədə azalıb – Muxtar Babayev

2020-ci ilin mart, aprel, may aylarında havanın çirkliliyi əvvəlki illərin cari dövrü ilə nisbətdə diqqətçəkən dərəcədə azalıb.

AKTUAL TV xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, pandemiya dövründə havanın çirkliliyinin azalması avtomobillərdən minimum istifadə və sənaye müəssisələrinin fəaliyyətinə fasilə verməsi ilə bağlıdır: “Pirşağı və Bilgəh çimərliklərində aparılan analizlər nəticəsində müəyyən olunub ki, Xəzərin suyu əhəmiyyətli dərəcədə azalıb”.

Nazir əlavə edib ki, tullantıların zərərsizləşdirildiyi poliqonda proses ciddi qaydalar çərçivəsində həyata keçirilir: “Yandırılan zibillərin kül və tüstüsü ətraf mühit üçün zərərli deyil”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]