Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar da var

Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar da var.

 AKTUAL TV -nin məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, onlar arasında bir sıra riskli hamiləliyi olanlar da olub:

“Bütün bu risklərin hamısı nəzərə alınıb. Bilirsiniz ki, koronavirus xəstələrinin müalicə olunduğu tibb müəssisələrinin içərisində yüksək ginekoloji xidmət olanları var. Həmin müəssisələrdə hamilə qadınlara peşəkar xidmət göstərilib və onlar arasında koronavirusla bağlı hər hansı bir ağırlaşma baş verməyib”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]