Azərbaycanda üç jurnalistdə koronavirus aşkarlanıb – RƏSMİ

Yevlaxda Qaraçılar məhəlləsində yoluxma halları yüksəkdir.

AKTUAL TV xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

“Biz orada müayinə və müalicə prosesini davam etdiririk. Lakin təəssüf ki, bəzi vətəndaşlarımız hüquq mühafizə orqanlarına kobud davranış sərgiləyirlər. Biz sizin sağlamlığınız üçün çalışırıq”.

O bildirib ki, simptomlu xəstənin nəticələri müsbət çıxdıqda, onunla təmasda olan şəxslər aşkarlanaraq, karantinə alınırlar: “Jurnalistlər arasında 3 əməkdaşda yoluxma faktı qeydə alınıb. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]