Bakıda 8 bina SÖKÜLƏCƏK

Bakıda 300-dən çox sakinin məskunlaşdığı 8 yaşayış binası söküləcək.

AKTUAL TV xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sərəncam imzalayıb.

Söküntü işləri aparılmamışdan öncə binalarda yaşayan sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün ödənişlər ediləcək. Artıq bir neçə sakinlə razılıq əldə edilib.

Yaşayış binalarını tikəcək şirkətin hüquqşünası Vamiq Şükürov deyib ki, binalar tam hazır olduqdan sonra sakinlər yeni mənzillərə köçürüləcək. Onlara köçürüldükləri mənzillərin kvadratından 20-25% artıq kvadratda və təmirli mənzillər təqdim ediləcək. Bununla yanaşı, söküləcək yaşayış binalarında olan obyektlərin sahiblərinə də yeni binalardan obyektlər veriləcək. Yaşayış binalarının 2 il müddətində tikilib başa çatdırılması nəzərdə tutulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]