Ləğv prosesində olan “AG Bank”ın kreditor tələblərinin qeydiyyatına başlanılır

Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorları 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması ilə bağlı müraciət edə bilərlərlər.

Əmanətlərin Sığortalanması Fondundan   AKTUAL TV -yə verilən məlumata görə, müraciətlər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisində qəbul olunacaq.

Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq. Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]