Sərhədlərin açılması üçün xüsusi proqram hazırlanır – İbrahim Məmmədov

Hazırda karantin müəssisələrində 1139 nəfərin müayinəsi davam etdirilir.

 Onlar arasında həm hava yolları, həm də Rusiyadan gələn vətəndaşlarımız yer alır.

AKTUAL TV xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

“Karantin müəssisələrində saxlamaya sadə prosedur kimi baxılmamalıdır. O müəssisələrdəki sanitar-gigiyenik tədbirlərin aparılması üçün həkim və tibb bacıları göndərilir. Bu heyət digər xəstəxanlarımızdan oraya göndərilir və onların iş yükü artır. Bu və digər faktorlar bizə göstərir ki, bu sayı keçsək, problemlər yaşana bilər. Yoluxma hallarının artmasına istər karantində, istərsə də evə göndərdikdən sonra şahid ola bilərik”.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, vətəndaşların gətirilməsi karantin zonalarının fiziki imkanlarından asılıdır: “Yaxın zamanda Rusiyadan vətəndaşlarımızın gətirilməsi gözlənilir. Bunu nəzarətə almaq və vətəndaşlarımızın təhlükəsizliyi üçün onların “Evə gedirəm” portalında qeydiyyatdan keçməsi vacibdir”.

NK sözçüsü bildirib ki, sərhədlərin açılması üçün xüsusi proqram hazırlanır: “Vətəndaşlardan sərhədə toplaşmaması hazırlanır. Bu proqramda hansı ölkələrdən uçuşların, hansı qrafikdə olunacağı göstəriləcək. Hazırlanma prosesinin iyunun 15-dək uzanacağı gözlənilir. Naxçıvana reyslər yaxın zamanda bərpa olunacaq. Eyni zamanda, bu axşam İstanbuldan ölkəmizə vətəndaşlar gətirilir” .

İbrahim Məmmədov qeyd edib ki, İranın vitse-prezidenti və ölkəmizin baş naziri arasında telefon bağlantısı yaradılıb, 120 vətəndaşımızın ölkəyə gətirilməsi təmin olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]