Salome Zurabişvili Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

  AKTUAL TV  xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə Gürcüstanın güclü tərəfdaşımız olan Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və güclənəcəkdir.

Bu gün biz qlobal pandemiya ilə üzləşərkən hökumətinizin COVID-19-la mübarizədə göstərdiyi səyləri və əldə edilən uğurları xüsusi vurğulamaq istəyirəm. Mən inanıram ki, ortaq səylərimizlə biz koronavirusun qarşısını ala biləcəyik.

Cənab Prezident, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımla bərabər, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzularımı da qəbul edin”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]