Türkiyəli ulduzdan azərbaycanlı tələbələrə DƏSTƏK

Türkiyənin sevilən və tanınmış aktyoru Onur Tuna təqdirəlayiq addım atıb.

AKTUAL TV xəbər verir ki, aktyor İstanbulda təhsil alan azərbaycanlı tələbələrə yardım əlini uzadıb. O, iş xanımı Ruhi Əliyevanın təşəbbüsünə qoşularaq tələbələrə maddi və mənəvi dəstəyini nümayiş etdirib. Tələbələr həm kirayə evlə, həm də gündəlik ərzaqla təmin olunublar. Onur Tuna bu addımı atmaqla bir daha məşhur “Bir millət, iki dövlət” deyimini yada salıb və Azərbaycana olan sevgisini nümayiş etdirib.

Qeyd edək ki, O.Tuna “Liatris Yapım” şirkətinin ərsəyə gətirdiyi “Ağır romantik” filminin baş rol ifaçısıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]