Azərbaycan millisinin futbolçusu “Nürnberq”ə qol vurub

Almaniya II Bundesliqasında XXVII tura start verilib.

AKTUAL TV saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfər matçına çıxıb.

Aşağı pillələrdə qərarlaşan “Nürnberq”in qonağı olan “Aue” səfərdən 1:1 hesablı bərabərliklə dönüb. Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə məhz Nazarov imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən “Aue” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]