Bakıda bir gecədə 3 nəfər bu səbəbdən öldü – RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.

AKTUAL TV nazirliyə istinadən xəbər verir ki, mayın 22-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin – paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.

Eyni saatda Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurub, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib. F.İsgəndərov orada ölüb.

Daha bir ağır qəza gecə saat 1 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]