Azərbaycan dövləti öz vətəndaşına da, dünyaya da həmrəylik nümunəsi göstərir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə bəyan edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi tədbirlərin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının daim yüksələn xəttlə inkişaf etdirilməsi dayanır. Bu baxımdan dövlətimizin koronavirusun yeni növü olan COVİD-19-un pandemiyası ilə mübarizə istiqamətində atdığı bütün addımlar yalnız və yalnız vətəndaşlarımızın maraqlarına xidmət edir. Bunu hər bir insan anlamalı, dərk etməli və qəbul edilən qərarlara uyğun olaraq addımlar atmalıdır.”

AKTUAL TV xəbər verir ki, bunu modul tipli xəstəxanaların açılışında Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi nitqdə açıqladığı mühüm məqamlara münasibət bildirərkən “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova belə deyib. Onun sözlərinə görə, dünyada COVİD-19 pandemiyası vüsət alandan bəri Azərbaycan dövləti öz vətəndaşını qorumaq, təhlükəli tendensiyaların qarşısını tam almaq və yaxud mümkün risklərin minimuma endirilməsi məqsədi ilə ciddi və operativ addımlar atdı. Məhz bunların nəticəsində hazırda Azərbaycan yeni növ koronavirusun mənfi təsirlərinə az məruz qalan ölkələr sırasındadır.

“Hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, onun sağlamlığı uğrunda dövlət ağlasığmaz mübarizə aparır. Ona görə dövlətin atdığı hər bir addıma anlaşıqlı yanaşmalı, bunların icra olunmasında tam həcmdə iştirakımızı təmin etməliyik.” Büllur Məmmədova bildirib ki, ötən müddət ərzində Azərbaycan dövləti pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar yardımlar göstərməklə qlobal səviyyədə həmrəyliyə sadiq olduğunu, qlobal əməkdaşlıqda lider ölkə olduğunu bir daha göstərib. “Azərbaycan dövləti həm dünya səviyyəsində, həm də öz vətəndaşlarına həmrəylik nümunəsi göstərir. COVİD-19 təhlükəsi ilə mübarizənin qələbə ilə başa çatdırılması üçün qarşılıqlı əməkdaşlıq, qarşılıqlı yardım, könüllü olaraq dövlətin reallaşdırdığı tədbirlərə dəstək vermək, bir sözlə, həmrəyliyin nümayişi mütləq şərtdir. Dövlətlə həmrəy olan vətəndaş, qəbul olunan qərarlara məsuliyyətli yanaşma nümayiş etdirən insan özünü, ailəsini və yaxınlarını təhlükəli təsirlərdən qoruyur ki, bu da Azərbaycan dövlətinin qarşıya qoyduğu ən əsas prioritet vəzifədir.”

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri eyni zamanda vurğulayıb ki, Azərbaycan dövlətinin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi istənilən tədbir gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi baxımından əvəzedilməzdir. Büllur Məmmədovanın sözlərinə görə, modul tipli 4 xəstəxananın açılmasını, iyunun sonuna kimi daha 6 xəstəxananın açılması ilə yeni yaradılmış modul tipli xəstəxanaların sayının 10-a çatdırılması məhz Azərbaycan vətəndaşının gələcəyinin təhlükəsizliyi nöqteyi-nəzərdən xüsusi əhəmiyyənə malik olan hadisədir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]