Aydın Hüseynov: “Ermənistan hakimiyyəti xaosun əhatəsindədir”

Ermənistanda hazırda xaotik bir durum hökm sürür. Hakimiyyətin qolları arasında əlaqələr kəsilib. Cəmiyyət dövlətin öz funksiyasını icra edə bilmədiyini artıq küçələrə çıxıb aksiyalar təşkil etməklə bəyan edir.

Bu fikirləri AKTUAL TV -yə milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Venesiya Komissiyasının 19 iyunda qəbul edilmiş və bu gün ictimaiyyətə açıqladığı rəydə Ermənistan parlamenti və Konstitusiya Məhkəməsi arasında yaranmış konstitusiya böhranının mərkəzində yer alan problemlərlə bağlı müddəalar mövcuddur. Artıq işğalçı ölkədə elə bir durum yaranıb ki, dövlətin hazırkı rəhbərliyi daxili problemləri həll etməkdə acizlik nümayiş etdirir.

Millət vəkili vurğulayıb ki, işğalçı Ermənistanda hakimiyyətin müxtəlif qolları arasında yaranmış qarşıdurma o həddə çatıb ki, artıq Avropa Şurası belə prosesə müdaxilə etmək məcburiyətində qalıb. Hazırda Paşinyana qarşı olan bütün qüvvələr yekdil mövqe ortaya qoyub. Çünki Paşinyan populizmdən uzağa gedə bilmədi. Heç bir siyasi təcrübəsi olmayan bir şəxs əslində işğalçı ölkənin durumunu daha da ağırlaşdırmaqdan başqa bir iş görə bilmədi.

A.Hüseynov əlavə edib ki, N.Paşinyan onu iqtidardan uzaqlaşdırmaq istəyən qüvvələrin bir araya gəldiyini bilə-bilə, heç bir qabaqlayıcı addım ata bilmir. Hətta bu günlərdə az qala böyük cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmuş keçmiş prezident Robert Koçaryan azadlığa buraxıldı. Ardıcıl olaraq işğalçı ölkənin baş nazirinin istefasını tələb edən “Çiçəklənən Ermənistan” partiyasının sədri Sarukyann istintaqa cəlb etmək üçün atılan bütün addımlar uğursuluğa düçar oldu. Bu isə Ermənistanda faktiki olaraq siyasi böhrana gətirib çıxarıb. Venesiya Komissiyasının bu işə müdaxiləsi isə problemin nə qədər ciddi olmasından xəbər verir.

“Az qala hakimiyyətə gəldikləri tarixi demokratik dövrün başlanğıcı kimi qiymətləndirən Paşinyan komandası indi ölkəni idarəolunmaz bir duruma salıb. Küçə demokratiyası işğalçı ölkədə öz dayaqlarını tamamilə itirdi. İnsanlar sosial tələblərlə küçələrə çıxanda populizmi Paşinyanın köməyinə çatmadı. Ermənistan hakimiyyəti xaosun əhatəsindədir. Ölkənin daxili problemlərini artıq beynəlxalq təşkilatların bəyanatları ilə həll edilməyə səylər edilir. Amma bütün bunların heç bir əhəmiyyəti olmayacaq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]