190 manatla bağlı MÜHÜM AÇIQLAMA

Nazirlər Kabineti tərəfindən sərtləşdirilmiş karantin bölgələrində yaşayan əhaliyə 190 manatın verilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıqlar verilib. Artıq nazirlik tərəfindən elektron sistemdə yardım alacaq vətəndaşların məlumatlarının dəqiqləşdirilməsi prosesi başlanıb.

AKTUAL TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “ATV Qərargah” proqramında açıqlayıb.

Millət vəkilinin sözlərinə görə, yardımların yaxın zamanda vətəndaşların hesabına köçürülməsi prosesinə başlanacaq: “Nəzərə alsaq ki, nazirlik tərəfindən bütün proseslər elektronlaşıb, etiraf etmək lazımdır ki, nazirlik bu üsulla həm şəffaflığı təmin edir, həm də vaxta qənaət edir. Güman edilir ki, yaxın zamanlarda nazirlik tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanacaq. Artıq nazirlik bütövlükdə prosesə start verib. Elektron bazada olan məlumatların dəqiqləşdirilməsi baş tutduqdan sonra vəsaitin köçürülməsi mərhələsinə keçiləcək. Yardım üçün artıq vəsait ayrılıb. Yardımların ödənilməsində hər hansı maliyyə çətinliyi yoxdur”.

V.Bayramov qeyd edib ki, yardım kartı zədələnən, itən vətəndaşlar onu götürdükləri bank şöbələrinə yaxınlaşmalıdırlar: “Kartın itməsi, zədələnməsi vətəndaşın hesabının bağlanması anlamına gəlmir. Onlar aldıqları banka yaxınlaşıb kartı bərpa edə və ya hesabdakı məbləği çəkə bilərlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]