39 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu

Koronavirusun yayılması ilə sərhəd buraxılış məntəqələrinin bağlandığına görə İranda qalan 39 Azərbaycan vətəndaşı Astara sərhəd buraxılış məntəqəsi ilə öz ölkəsinə qayıdıb.

AKTUAL TV -nin məlumatına görə, bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonu sərhəd buraxılış məntəqəsinin direktoru Mənsur Babayi deyib. Onun sözlərinə görə, İranda tələbə olan Azərbaycan vətəndaşları Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və iki ölkə rəsmilərinin koordinasiyası ilə bu gün öz ölkəsinə qayıdıb.

Babayi əlavə edib ki, İranın Astara sərhəd buraxılış məntəqəsində azərbaycanlı tələbələrin bədən temperaturu ölçülüb.

Gömrük rəsmisi deyib ki, 1 martdan Astara sərhəd buraxılış məntəqəsi vətəndaşların keçidi üçün bağlanıb və bu proses 1 iyuladək davam edəcək.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bildirib ki, bu gün İran-Azərbaycan sərhəddinin Astara sərhəd buraxılış məntəqəsindən 39 Azərbaycan vətəndaşı təxliyə olunub.

O qeyd edib ki, 39 Azərbaycan vətəndaşı artıq Vətənə qaytarılıb.

Qeyd edək ki, koronavirusun yayılması ilə bir çox ölkə arasında sərhəd buraxılış məntəqələri bağlanıb.

İranda bu günədək (24 iyun) 212 501 nəfər koronavirusa yoluxub, 9 996 nəfər ölüb, 172 096 nəfər sağalıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]