Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq?

"Ölkədə o zaman fövqəladə vəziyyət elan edilə bilər ki, virusa yoluxanların sayı bötövlükdə ölkəni əhatə etsin".

AKTUAL TV -nin xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, hazırda tətbiq edilən sərt karantin rejimi vəziyyətə uyğundur:

“Virusa yoluxanların əksəriyyəti bu gün karantin rejimi tətbiq edilən zonalardadır. Düzdür, hazırda gündəlik yoluxma sayında artım müşahidə olunur, amma bu, o demək deyil ki, fövqaladə vəziyyət elan edilməlidir. Yoluxma sayının arması aprel ayının sonunda karantin rejiminin yumşaldılması ilə bağlıdır. Mart-aprel aylarında gündəlik 60-70 yoluxma qeydə alınırdı. Bu baxımdan düşünürəm ki, hazırda tətbiq edilən xüsusi karantin reşimində də yoluxma sayı yenidən bu səviyyəyə düşəcək”.

Millət vəkili həftəsonları tətbiq edilən xüsusi karantin rejiminin effektsiz olduğunu bildirib: “Həftəsonu qadağaları öz səmərəsini vermədi. Dünya, o cümlədən Azərbaycan ilk dəfədir ki, belə bir ağır virusla qarşı-qarşıyadır. Demək olar ki, təcrübə günün nəticəsinə görə əldə edilir. Virusla mübarizədə bütün vasitələrdən, beynəlxalq təcrübələrdən istifadə etməkdə fayda var. Düzdür, bəzən bu təcrübələr effektsiz ola bilər, amma başqa yol da yoxdur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]