“Paşinyan sonu görünür” – Naqif Həmzəyev

“Avropa və Amerikanın bir çox beynəlxalq təşkilatları dəfələrlə ikili standart göstərdiklərini nümayiş etdiriblər. Sonuncu dəfə Dağlıq Qarabağda keçirilən qondarma seçkilər zamanı Avropa Şurasının və bir çox beynəlxalq təşkilatların bu prosesi sakit qarşılaması ikili standartlar olduğunun bariz nümunəsi idi”.

Bu fikirləri AKTUAL TV -yə millət vəkili Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, hazırda da beynəlxalq təşkilatların ikili standartlarının şahidi oluruq: “Təəssüf ki, insan haqları və hüquqları birbaşa pozulsa da, tənqdilə əlaqədar olaraq belə addım atıldığı üçün əslində Avropanın aparıcı təşkilatları bu məsələdə sakit durmamalıdır. Onlar mütləq Ermənistandan baş verən proseslərə reaksiya verməlidirlər. Unutmamalıyıq ki, Paşinyan hakimiyyətə gəldikdə xalqa böyük vədlər verdi. Bu gün həmin vədlərin demək olar ki, heç biri həyata keçirilmir”.

N.Həmzəyev qeyd edib ki, Ermənistanda Paşinyan siyasəti artıq iflasa uğrayır: “Son dövlərdə Paşinyan və onun yanında olan məmurlar gündəmi dəyişmək üçün öz xeyrlərinə bir çox addımlar atırlar. İstənilən halda etiraf etmək lazımdır ki, Paşinyan özünü doğrultmayıb. Düşünürəm ki, baş verən etiraz dalğası böyüyəcək. Paşinyanın hakimiyyətinin də sonu görünür. Həmçinin Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə tutduğu mövqedə konkret addımlar atmır və təssüf ki, danışıqlardan imtina edir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]